17 yaşlı Azərbaycanlı qız Makedoniyada uğur qazandı

Azərbaycanlı gənc müğənni Ena Makedoniyanın Skopye şəhərində keçirilən Eurofest musiqi festivalında ikinci yerə layiq görülüb. "OLAYLAR"ın məlumatına görə, bu ilin mayında Bolqarstanda keçirilən Discovery Pop Festivalda laureat olan 17 yaşlı gənc qızın əldə etdiyi qələbə il ərzində ikinci nailiyyətidi. Qeyd edək ki Ena, adının fərqliliyinə baxmayaraq milliyətcə azərbaycanlıdı. Gənc müğənni Eurofest-in ardınca yenə də bir neçə populyar musiqi festivallarına təklif aldığını söyləyib. Qeyd edək ki, festival 1987-ci ildən Makedoniyada  Europian Festival adı ilə keçirilsə də 2010-cu ildən etibarən EuroFest adı ilə fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31