Bir ailəm var
7 Noyabr 2013 11:28 Mədəniyyət"Hazırda Xəzər TV-də yayımlanan "Bir ailəm var"ın çəkilişləri başlanılıb. Sözün açığı bu serialdan o qədər də maraqlı bir şey gözləmirdim. Bunu tam əminliklə deyə bilərəm ki, bu dəqiqə çəkilən seriallar arasında "Bir ailəm var" ön pillədə qərarlaşır. Burdakı aktyor heyəti də Həmidə Ömərova, Elşən Rüstəmov, Elnur Qədirov kimi peşəkarlardan ibarətdi. Rejissorumuz Rüfət Şahbazovdu. İkinci rejissor Vüsal Məmmədov, rejissor assisenti İlqar Abbasovdu". Bu sözləri "OLAYLAR"a açıqlamasında aktyor Elnur Kərimov deyib. Serialın sujet xətti haqda qısaca da olsa məlumat verən aktyor ekrna əsərinin dram janrı üzərində qurulduğunu deyir: "Serialın sujet xəttində toy axşamı baş verən yol qəzasının fəsadları, faciəsi dayanır. Toydan evə qayıdarkən baş verən qəzada ailənin bir neçə üzvi dünyasını dəyişir. Hadisələr də bundan sonra başlayır". Yeni çəkilən serialın hətta reytinqləri üstləyəcəyini deyən aktyor "Bir Ailəm var"ın "Qaynana"dan da uğurlu ola biləcəyi qənaətindədi: "Bir ailəm var"ın hətta "Qaynana"serialından daha artıq reytinqə sahib olacağını düşünürəm. Mənə elə gəlir ki, hər bir serialın aktyor heyəti can qoyduqları işin uğurlu olacağına inanıb bu işə girişirlər. Belədə iş uğurlu alınır.
Seriallara olan maraq və tələbat bizi çox sevindirir. Çünki uzun müddət idi ki buna həsrət qalmışdıq. İndiki dönəmdə teatra, aktyorluğa maraq artıb. Xəzər TV-nin də bu işdə rolu danılmazdı. Gənc Tamaşaçılar Teatrına gələrək aktyorları seçib seriallara dəvət etdilər".
Qeyd edək ki, dram janrında olan serialın sauntreki İstanbulda hazırlanıb, ifaçısı Niya Səlamidi. Aktyor yanvardan etibarən Gənc Tamaşaçılar Teatrında yeni tamaşalarda rol alacağını da deyib.