Zöhrə Abdullayeva: “Sağlığımda başımı qucaqla, öləndən sonra baş daşımı qucaqlamağın lazım deyil” VIDEO

Telekanalların yerli klipləri pulun müqabilində efirə çıxartmasından şikayətlənən müğənni "Günəbaaxn" verlişində bu məsələyə münasibət bildirib:  "Məgər xarici müğənnilərin klipinin yayımlanması üçün onlardan pul alınır? Niyə bizim klipləri efirdə yayımlamaq üçün pul tələb edirlər? Mənim evdə altı klipim var. Öləndən sonra axtarcaqlar ki, görən bunun bir klipi var göstərək. Onda da gec olacaq. Nəyimə lazım. Sağlığımda qiymət verilsin, öləndən sonra yox. Atam həmişə deyərdi ki, sağlığımda başımı qucaqla, öləndən sonra baş daşımı qucaqlamağın lazım deyil". "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31