Məşhur aktyor xəstəliyindən danışdı
"Vaxtsız ölmək niyyətim yoxdur"
6 Noyabr 2013 19:44 MədəniyyətTürkiyənin tanınmış aktyoru Nejat İşlerin qaraciyərinin sıradan çıxdığı və aktyorun müalicə olunmaqdan imtina etdiyi haqda xəbərlər yayılıb. İşlerin rol aldığı "Behzat Ç. Ankara Yanıyor" filminin təqdimat mərasimində iştirak etməməsi bu iddiaları daha da gücləndirmişdi.
Aktyor yayılan xəbərlərin əsassız olduğunu bildirib: "Qaraciyərim iflas etməyib. Sadəcə yorğun və halsızam. Sədəf xəstəliyim artıb. Müalicəm İstanbulda davam edir. Tez-tez həkim müayinəsindən keçirəm, dərmanlarımı qəbul edirəm. Müalicəni rədd etmək, vaxtsız ölmək niyyətim yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31