Aşıqlar Birliyinin yeni sədri kim olacaq?
Zəlimxan Yaqub: "Azərbaycan Aşıqlar Birliyinin sədrinin dəyişdirilməsi məsələsi gündəmdə deyil"
6 Noyabr 2013 11:27 MədəniyyətAşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, noyabr ayının 10-da müayinə olunmaq üçün Almaniyanın Hannover şəhərinə yollanacaq. Xalq şairi açıqlamasında Almaniyaya yalnız böyrəklərindən müalicə almaq üçün getdiyini söyləyib. Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub Aşıqlar Birliyi üçün yeni Aşıqlar Evinin tikilməsi məsələsinə də aydınılıq gətirib: "Allah qoysa yaxın zamanlarda möhtərəm prezidentimizin sərəncamı ilə Bakının mərkəzində Aşıqlar Evi tikiləcək. Gədəbəydə Aşıqlar Evinin açılışında da o öz ürək sözlərini dedi. Biz də onun dediklərini həyata keçirməyə hər zaman hazırıq".
Zəlimxan Yaqub həmçinin Azərbaycanda 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qurumun VI qurultayı keçiriləcəyini də sözlərinə əlavə edib.
Xalq şairi qurultay zamanı Azərbaycan Aşıqlar Birliyinin sədrinin dəyişdiriləcəyi məsələsinin müzakirə edilməyəcəyini də bildirib: "Azərbaycan Aşıqlar birliyinin şədrinin dəyişdirilməsi məsələsi gündəmdə deyil". ans