Castin Biberə konsertində şüşə atdılar

Castin konsert proqramı sona çatmamış səhnəni tərk edib

Pop musiqiçisi Castin Biber Braziliyanın Sao Paulo şəhərində verdiyi konsert zamanı yenidən qalmaqal yaranıb. Sənətçinin çıxışı zamanı atılan su şüşəsi əlinə dəydiyindən konserti yarımçıq qoyaraq səhnəni tərk edib. Səhnəyə dəri şalvarla və əksərriyyət zamanlarda olduğu kimi köynəksiz ifa edən 17 yaşlı Kanadalı musiqiçiyə proqram zamanlı izləyicilər tərəfindən su şüşəsi atılıb. Şüşə əlinə dəydiyində mikrafon yerə düşdüyünə görə Castin konsert proqramı sona çatmamış səhnəni tərk edib.
Biber ötən il də Amerikada konserti zamanı eyni hadisə ilə qarşılaşmışdır.Sənətçi isə öz növbəsində: "Bu heç yaxşı olmadı.Mənə qarşı nəyə görə belə hərəkət etdiniz bilmirəm,amma sizləri sevirəm uşaqlar" dedikdən sonra ifasına davam etmişdir. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31