Məşhur aktyor Gənc Tamaşaçılar Teatrında niyə rol almır? VIDEO

“Teatrda qurulan yeni tamaşalarda hələ ki rol almıram. Buna səbəb xarici səfərlərdi. Bu yaxınlarda Gənc Tamaşaçılar Teatrının heyəti olaraq səfərdən qayıtmışıq”.

Bu sözləri "OLAYLAR"a açıqlamasında Gənc Tamaşaçılar Teatrının, "Qaynana" serialının sevilən aktyoru Elnur Kərimov deyib: "Həştərxan vilayətində Nicat Kazımovun rejissoru olduğu "Ana və qaz" tamaşasını oynadıq. Daha sonra Kalmukiya səfər etdik. Burda Rəsul Rzanın şeiri əsasında hazırlanan "Ana və qaz" tamaşasını canlandırdıq. Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi müharibə tamaşasını oynadıq. Respublikanın Əməkdar Artisti Şövqi Hüseynov kontrabas tamaşası ilə kiçik səhnənin açılışını etdi". Səfər çərçivəsində diasporla görüşlər keçirildiyini deyən E.Kərimov Azərbaycanla Kalmukiya teatrı arasında dostluq müqaviləsinin bağlanıldığını da diqqətə çatdırıb: "Tamaşalardan sonra böyük bir yığıncağımız da oldu. Aktyorumuz İlham Əsədov Azərbaycan mahnısını ifa etdi. Görüşümüzün sonunda isə Azərbaycanla Kalmukiya teatrının arasında dostluğu müqaviləsi imzalandı". E.Kərimov iki ölkənin teatr truppasının Azərbaycana səfər edəcəyini də deyib: "Noyabrda Həştərxan Teatr truppası Gənc Tamaşaçılar Teatrına dəvət olunub. Onlar burda öz tamaşalarını nümayiş etdirəcək. Apreldə Kalmukiya Teatrının heyətinin Azərbaycana gəlməsi gözlənilir. Mayda isə bizim hyətin yenidən həmin ölkəyə səfəri gözlənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31