İlkin Həsəni reklam çəkir

Tanınmış teleaparıcı İlkin Həsəni artıq reklam çəkilişi ilə məşğul olur. Bu haqda aparıcının yaxın dostu, Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovla danışarkən məlumat aldıq: "İlkin Həsəni ilk dəfə olaraq reklam çəkir. Biz də bir dost kimi heç bir maddi maraq güdmədən onun yanındayıq. Yeni açılan bir bağçanın reklamı çəkilir. Aktyorlarımız Elşən Hacıbabayev, Ceyhun Məmmədov, İlham Əsədov, Müşfiq Əliyev, Elşən Şıxəliyev sağolsunlar. Biz bütün komanda olaraq İlkinin yanındayıq". Bu haqda daha ətraflı məlumat alamq üçün aparıcının özü ilə də əlaqə saxladıq. Rejissorluq sahəsində kifayət qədər təcrübəsinin olduğunu deyən İlkin vaxt tapan kimi kamera arxasına keçdiyini söyləyir: "İncəsənət Universitetində 6 il televiziya rejissorluğu fakültəsində təhsil aldığım üçün bu iş mənə yad deyil. Aparıcılığa yönəldiyim üçün sənətim bir az kənarda qaldı. Buna baxmayaraq vaxtaşırı olaraq öz ixtisasım üzrə müəyyən işlər görürdüm. Qısametrajlı filmlər çəkib xaricə göndərirdim. Bu işə marağım var. Buna görə kamera arxasına da keçməyi düşünürəm". Tanınmış aparıcı reklam sahəsində təcrübəsinin olduğunu deyərək bu dəfəki işində daha professional olduğunu vurğulayıb: "Bu vaxtadək reklam sahəsində prodüsser kimi də çalışmışam. Müxtəlif sifarişlər götürmüşəm. Amma reklam rejissoru kimi bu mənim ilk işimdi. Düşünürəm ki, çox maraqlı olacaq". Daha çox aparıcılıq sahəsində gəlirin olduğunu söyləyən aparıcı yeni layihələrdən də söz açıb: "Aparıcılıq daha gəlirlidir, nəinki bu işlər. Ümid varam ki, gələcəkdə Azərbaycanda yerli reklam reklam bazarı inkişaf edərək bu sahədə Türkiyə və Rusiyanı üstləyəcək. Yeni televiziya layihəmiz hazırdı. Öncədən bu haqda ətraflı informasiya vermək istəmirəm. Onu deyə bilərəm ki, bir saat ərzində yayımlanacaq verliş tamaşaçılara satira və yumorla bol dəqiqələr bəxş edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31