Nizami Cəfərov afrikalı həmkarı ilə görüşüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Cənubi Afrika Respublikası Parlamentinin İncəsənət, mədəniyyət və irs komissiyasının sədri xanım Tandili Sunduza ilə görüşüb. Xanım Tandilini Azərbaycan parlamentində salamlayan Nizami Cəfərov bildirib ki, Cənubi Afrika Respublikası Afrika materikinin ən inkişaf etmiş ölkəsidir. CAR-da səfərdə olduğunu xatırladan komitə sədri vurğulayıb ki, bu ölkənin mədəniyyəti çox rəngarəngdir. Onun sözlərinə görə sözügedən ölkənin təkcə parlamentində 11 dildə danışırlar. Bunun özü elə multikulturalizmdir.
Söhbət zamanı qeyd olunub ki, Cənubi Afrika ilə bir sıra sahələrdə geniş əməkdaşlıq imkanları var. CAR Parlamentinin İncəsənət və mədəniyyət komissiyasının sədri xanım Tandili Sunduza da öz növbəsində Azərbaycan ilə bir sıra sahələrdə əlaqələrin yaradılmasının vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycanda mədəniyyətə, adət-ənənəyə və mədəni irsə böyük önəm verilir.
Qonaq Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun təşkilini gözəl təşəbbüs kimi dəyərləndirib, Azərbaycanla əlaqələrin yaradılmasında və möhkəmləndirilməsində əlindən gələni edəcəyini bildirib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31