Müğənni ANS-in canlı efirində dava saldı
“Adam içində” verilişində qonaq olan müğənni Şəbnəm Tapdıq aparıcı ilə dalaşdı
4 Noyabr 2013 17:51 MədəniyyətMüğənni Şəbnəm Tapdıqova canlı efirdə aparıcı ilə dava salıb. ANS telekanalında Elgiz Əkbərin təqdimatında yayımlanan "Adam icində" verilişində qonaq qismində iştirak edən müğənni studiyaya çıxdıqdan sonra mahnı oxumaq istədiyini bildirib.
Aparıcı isə öz növbəsində bildirib ki, müğənni mahnı oxumaq üçün yox müzakirə olunan məsələyə münasibət bildirməsi üçün dəvət olunub.
Şəbnəm xanım bildikdə ki, ifa etməyəcək hətta canlı efirdə studiyanı tərk etmək istəyib. Qeyd edək ki, verilişin formatına əsasən dəvət olunmuş müğənnilər ancaq bayram günlərində ifa edə bilərlər,qalan günlərdə isə müzakirələrə qatılırlar. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31