“Benim Dünyam”ın qala təqdimatı Berlində də gerçəkləşdi

Baş rolları Beren Saatla Uğur Yücelin canlandırdığı "Benim Dünyam" filminin Almaniyada qala gecəsi olub. Filmin rejissoru olan Uğur Yücel ekran əsərinin yaratdığı təsirdən danışıb: "Filmin vermək istədiyi mesaj qüsurlu şəxsin bütün çətinliklərə baxmayaraq hər şeyə sinə gəlməsidi. Filmin hər kəsə emosiaonal dəqiqələr bəxş etməsi ilə yanaşı, xoş anlar da verdiyini düşünürəm.  O zamanlar zəngin ailələr qüsurlu övladlarını qapı arxasında saxlayardılar. İllər öncə texnologiya da bu qədər inkişaf etməmişdi. İndiki dövrdə qüsurlu olan şəxslərə texnologiya istənilən imkanı verir. Biz bu iş üçün ürək qoymuşuq. Bundan sonra da Berenlə birgə çalışacağıq". "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31