«Şah Abbas» və «Don Juan» romanları Türkiyədə nəşr olunub

Elçin Hüseynbəylinin "Şah Abbas" və "141-ci Don Juan" romanları İstanbulun "İləri" Yayım Evində nəşr olunub. Əsərləri Türkiyə türkcəsinə Cümhur Turan uyğunlaşdırıb. Kitablar noyabrın 2-10 tariхində İstanbulda keçirilən Beynəlхalq  Kitab sərgisində nümayiş olunur. Bu, Hüseynbəylinin Türkiyədə nəşr olunan sayca üçüncü kitabıdır. Müəllifin "Silaya dönüş" ("Yurda qayıdış") hekayələr toplusu  2011-ci ildə Ankaranın "Bengü" şəriyyatında işıq üzü görmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31