Pamela Anderson marafonda 76 min dollar topladı

Fotomodel və aktrisa pulları Haiti zəlzələsindən zərərçəkənlərə yardım fonduna verəcək

Fotomodel və aktrisa Pamela Anderson məşhur Nyu-York marafonunda iştirak edib. Zəlzələdən zərər çəkən Haiti sakinlərinə yardım toplamaq məqsədilə təşkil edilən marafonda 46 yaşlı Pamela Anderson qardaşı Cerri ilə birlikdə qaçıb. Aktrisa xeyriyyə vəsaiti üçün 76 min dollara yaxın pul toplayıb.

Marafona hazırlıq ərəfəsində Pamela Anderson Elen De Cenerisin şousunda qaçışa necə hazırlaşmağından danışmışdı. Həmin vaxt aktrisa bildirmişdi ki, marafon zamanı onun da iştirakı ilə toplanacaq vəsait aktyor Şon Pennin 2010-cu ildə Haiti zəlzələsindən zərərçəkənlərə yardım fonduna yönəldiləcək.ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31