Azərbaycanın təyyarəçi qadınları haqda açıq dərs keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın təyyarəçi qadınlarına həsr olunmuş açıq dərs keçirilib. Azərbaycan tarixçiləri ictimai birliyi idarə heyətinin sədri Namiq Rüstəmovun UNİSER fərdi məktəbinin şagirdləri ilə keçirdiyi açıq dərsdə Azərbaycanda aviasiya tarixi barəsində məlumat verilib, Azərbaycanın ilk təyyarəçi qadınları olan Leyla Məmmədbəyova və Züleyxa Seyidməmmədova haqqında ətraflı danışılıb. Həmçinin ekranda təyyarəçi qadınların həyat yolunu əks etdirən foto və videokadrlar nümayiş edilib.

Tədbirdə qonaq qismində Leyla Məmmədbəyovanın kiçik oğlu Xanlar Məmmədbəyov iştirak edib.

Tədbirin sonunda şagirdlərə təyyarəçi qadınların fotoları və Leyla Məmmədbəyovanın 100 illiyi münasibətilə buraxılmış  poçt markası hədiyyə olunub. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31