Sinan Akçıldan Ebruya 370 minlik hədiyyə

Sinan şəxsi "Tvitter" hesabından Ebru Şallıya bir daha sevgisini elan edib

Sinan Akçıl "müqəddəs qadın" deyə müraciət etdiyi sevgilisi Ebru Şallını 370 min dollarlıq hədiyyə ilə sevindirib. Ebruya sürpriz etmək qərarına gələn Akçıl ona "Mercedes E25 CGl Cabriolet" markalı avtomobil hədiyyə edib.  Akçıl bu lüks maşına 370 min dollar ödəyib. Sinan şəxsi "Tvitter" hesabından da Şallıya bir daha sevgisini elan edib:
"Dünən yeni klipi izləməyə gələndə ikimiz də göz yaşlarımızı saxlaya bilmədik. Sarılıb ağlamağımız hər şeyə dəyərdi". ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31