Məşhur müğənni aşiq olub, 7 kilo arıqladı

Anna Semyon "Instagram" səhifəsində yeni şəkillərini paylaşıb

Rusiyanın məşhur müğənnisi Anna Semyon öz "Instagram "səhifəsində arıqlamasını əks etdirən yeni fotolar paylaşıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ulduz müğənninin arıqlama səbəbi yenidən aşiq olmasıdır. Müğənni özünün arıqlamasının sirrini belə izah edib:" Aşiq oldum və arıqladım".  Qeyd edək ki, bir müddət bundan əvvəl "Blestiyaşix" qrupunun keçmiş solisti Anna Semon idman etməklə 14 gün ərzində 7 kiloqram arıqladığını açıqlamışdı. Həftədə üç dəfə idmanla məşğul olduğunu söyləyən məşhur ulduz arıqlamaq hissinin hər şeyə qalib gədiyini söyləyib: " Evə gecə saatlarında qayıtsam belə qaçmaqdan imtina etmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31