Məşhur müğənnini məhkəməyə verdilər

Tanınmış türkiyəli müğənni Murat Boza qarşı 3 məhkəmə iddiası irəli sürülüb. AZADİNFORM  xəbər verir ki, ifaçının vokalistləri Ceren Yılmaz, Meltem Arslan və rəqqas Mertkan Tapan ondan şikayət edib. Səbəb isə Murat Bozun adları sadalanan şəxsləri sığortasız işlətməsidir. Müğənni Sosial Müdafiə Qurumuna verilməli olan sənədləri təhvil verməyib. Əmək Məhkəməsinə müraciət edən şəxslər maddi və mənəvi təzminat tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31