Azərbaycanlı məmur Məleykə Əsədovaya ev bağışlayıb

Aydın Bəşirov, Məleykə Əsədova ilə tanışlığından danışdı

Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov, xalq artisti Məleykə Əsədova ilə tanışlığından danışıb və aktrisaya ev hədiyyə etdiyini etiraf edib:
"Təxminən 15-16 il bundan əvvəl görkəmli aktyor, mərhum Həsənağa Turabov Məleykə Əsədova ilə yanıma gəldi və xahiş etdi ki, o vaxtı İçərişəhərdən yuxarıda yaşadıqları birotaqlı evə bitişik olan evi ona verək. Həmin evdə də əvvəllər erməni yaşayıb və Gəmiçiliyin balansında idi. Xahiş etdilər, mən də o evi verdim Məleykəyə, oldu ikiotaqlı ev".
Daha sonra isə aktrisanın həmin evdən balkon çıxarmasına da məhz Aydın bəyin icazə verdiyi məlum olub. Məmur eləcə də bildirib ki, Məleykə Əsədovanın sənətini bəyəndiyi üçün ona ev hədiyyə edib.
"Hətta, toyuna da dəvət edib və mən də toyunda iştirak etmişəm. Ümumiyyətlə, hələ əvvəldən Məleykə Əsədovanın şeir deməyindən çox xoşum gəlib. Baxma da, xalq artistidir. Mən təkcə Məleykə Əsədovaya deyil, digər adamlara da çox kömək etmişəm" publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31