Muzeydə Azərbaycan milli geyimləri təqdim olundu

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı,  rəssam-bərpaçı Nuridə Hüseynova  muzey eksponatları əsasında, sırf etnoqrafik geyimlər hazırlanıb. Bu geyimlər XIX-XX əsrlərdə istifadə olunan Qarabağ milli geyimləridi. Qeyd etmək lazımdır ki, geyimlərin ilk təqdimatı  "Maddi Mədəniyyət Abidələrinin Bərpasi Konservasiyasi və Mühafizəsi Problemləri" Beynəlxalq Elmi Konfrans çərçivəsində baş tutmuş və konfrans iştirakçılarının böyük marağına səbəb olub. Nümayişin fotoları ilə Milli Azərbaycan Tarix Muzeyinin rəsmi saytının "Fotoqalereya" bölümündə tanış olmaq olar. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31