“Muhtəşəm Yüz yıl”ın Mahidevranı ərə getdi
Aktrisa 1 ilə yaxın birlikdə olduğu Levent Veziroğlu ilə ailə həyatı qurub
31 Oktyabr 2013 11:28 Mədəniyyət"Muhteşem Yüz yıl" serialının Mahidevranı, Nur Fettahoğlu ərə gedib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbəər görə, aktrisa 1 ilə yaxın birlikdə olduğu Levent Veziroğlu ilə ailə həyatı qurub.
Mərasim Veziroğlunun Baltalimanındakı evində baş tutub. Toya, cütlüyün ailələrindən başqa, Timur Savcı və Selma Ergenç kimi məşhur similar da dəvət edilmişdi.
Mərasimdən əvvəl qapıda gözləyən media nümayəndələrinə poza verən cütlük "Çox xoşbəxtik, gəldiyiniz və xoşbəxtliyimizi paylaşdığınız üçün təşəkkür edirik",- deyə müsahibə verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31