Almanitadakı Azərbaycan Mədəniyyət Evinə yeni rəhbər seçilib

Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinə yeni rəhbər seçilib. Təşkilatdan "OLAYLAR"-a daxil olan məlumata görə,  bu məqsədlə keçirilən İdarə Heyyətinin iclasında təşkilati məsələlərə baxılıb, görüləcək işlər planlaşdırılıb. Azərbaycan Mədəniyyət Evinin rəhbəri Toğrul Əziz şəxsi işlərinin çoxluğu ilə əlaqədar olaraq sədrlikdən istefa vermək istədiyini və bu istefasının İdarə Heyyəti tərəfindən qəbul edilməsini xahiş edib. İdarə Heyyətində keçirilən müzakirələrdən sonra Altay Rüstəmli Mədəniyyət Evinin yeni rəhbəri seçilib. Bundan başqa Rəşad Xasayoğlu qurumun icraçı direktoru, Ağa Ağayev isə maliyyə məsələlər üzrə müavin seçiliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31