Cəlil Cavanşirin “Dinlər, təriqətlər, peyğəmbərləi”i işıq üzü gördü

"Hədəf" nəşriyyatında yazıçı Cəlil Cavanşirin "Dinlər, təriqətlər, peyğəmbərlər" adlı yeni kitabı işıq üzü görüb. Kitabda qeyri-ənənəvi dinlər və təriqətlər, saxta peyğəmbərlər və batil inanclar haqqında müəllifin kulis.az saytında çap olunan araşdırmaları daxil edilib. Yazıçının "Dinlər, təriqətlər, peyğəmbərlər"ində səmavi dinlərdən sonraya ortaya çıxan, daha çox islamı təhrif üzərində qurulan dinlərin yaranması, inkişafı haqqında maraqlı məlumatlar var. Eyni zamanda Cəlil Cavanşirin İslamdakı bəzi təriqətlər haqqında olan araşdırmaları da kitaba daxil edilib. Qeyd edək ki, kitabın redaktoru və ön sözün müəllifi yazıçı Müşfiq Xandır. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31