Sərdar Ortaç səhnədə hücuma məruz qaldı
30 Oktyabr 2013 11:57 MədəniyyətÖtən gün Türkiyə Cümhuriyyətinin 90 illiyi münasibətilə konsertdə səhnəyə çıxan Sərdar Ortaç hücuma məruz qalıb. Buna səbəb isə izləyicilərdən birinin Ahmet Kayanın şəklini göyə qaldırması olub. Baş verən olayla əlaqədar olaraq qarşıdurma yaranıb. Nəticədə konsert iştirakçılarından biri səhnəni daş, şüşə və yumurta atəşinə tutub. Müğənni atılan daşlardan birinin rəqqasəyə dəydiyini görərək "ikinci daş atılana qədər mahnı oxumağa davam edəcəyəm" deyib. Olayın bundan sonra daha da qızışdığını görən ifaçı "5 dəqiqəlik səhənədən gedirəm" deyərək konsert salonunu birdəfəlik tərk edib. Baş verən olayla əlaqədar olaraq 11 nəfər gözaltına alınıb. Xatırladaq ki, bundan öncə də, 2010-cu ildə Bahar şənlikləri çərçivəsində Hacettepe Universitetində konsert verən Ortaç tələbələrin sərt reaksiyası ilə qarşılaşmışdı. Tələbələr "Ahmet Kayanı unutmadıq" və "Yaşasın xalqların qardaşlığı" şüarları yazılan plakatlar qaldıraraq müğənninin iki rəqqasəsini daş atəşinə tutmuşdu. Ahmet Kaya ilə Sərdar Ortaç arasında yaranan münaqişəyə səbəb isə Kayanın "albomuma bir kürd mahnısı daxil edəcəyəm" deyə açıqlama verməsi olub. O vaxt gənc olduğu üçün səhv düşündüyünü deyən müğənni davranışına görə peşman olduğunu etiraf edib.