Röya Türkiyə telekanalına müsahibə verib
"Belə tez olacağını gözləmirdim"
29 Oktyabr 2013 18:10 MədəniyyətYeni "Gəmicilər" klipi ilə Türkiyədə daha da çox sevgi qazanan müğənni Röya Ayxan Türkiyənin "Kral pop" telekanalına müsahibə verib.
Qardaş ölkədə tez zamanda qazandığı uğurdan danışan sənətçi hər şeyin bu qədər tez bir zamanda baş verməsinə təəccübləndiyini bildirib:"Mənimlə eyni sırada olan bütün ifaçılara hörmətim var. Onlarla bir yerdə olmaq pis deyil, özümü yaxşı hiss edirəm. Bu, böyük uğurdur. Amma bu qədərini gözləmirdim, hər şeyin belə tez baş verəcəyini gözləmirdim. Düşünürdüm ki, bir-iki ilə bu yerə çataram. Belə qısa zamanda alındığı üçün hər kəsə təşəkkür edirəm". ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31