Hamilə müğənninin övladı üçün 11 qoç kəsiləcək

6 aylıq hamilə olan Demet Akalın "Okan doğum evinin qabağında 11 qoç kəsdirəcək" deyib. Müğənni dünyaya gəlməyə hazırlaşan qız övladı Hira üçün rəfiqələrinin çoxlu hədiyyə aldığını da söyləyib: "Hiranın artıq yeddi arabası var. Gülbən Ergen də başda olmaqla digər rəfiqələrim sağ olsunlar. Artıq hədiyyələri qoymağa belə yer yoxdu". Akalın körpəsinin Okana oxşadığını da vurğulayıb: "Ultrasəs müayinəsinə getdik. Qızım atasına oxşayır. Ümid edirəm ki, xasiyyətcə atasına oxşamaz".  "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31