Ledi Qaqa yenə heyrətləndirdi - FOTO
29 Oktyabr 2013 18:39 MədəniyyətDünyanın ən ekstravaqant müğənnilərindən biri, bəlkə də birincisi Ledi Qaqa ətrafındakılarla yanaşı, medianı heyrətləndirməkdə usta olduğunu bir daha nümayiş etdirib. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniyanı "Müqəddəs Yəhuda" qasırğası vurduğu gündə "monstrlar kraliçası" Londondakı klublardan birində lüt soyunaraq səhnəyə çıxmışdı. Dünən isə o, Londondakı oteli tərk edərkən əynində Hellouin kostyumlarına bənzər paltar vardı.
28 yaşlı müğənninin dediyinə görə, bu paltar yeni ARTPOP albomunun reklamının bir hissəsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31