“Lənkəran Payızı- II” folklor festivalı keçirildi
29 Oktyabr 2013 12:03 MədəniyyətQ.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi artıq ikinci ildir ki, fəaliyyət göstərir. Mərkəzin əhatə dairəsinə Lənkəranın 75 klub müəssisəsi daxildir. Bu müəssisələrin fəaliyyətini gücləndirmək və klubların fəaliyyətsizliyi barəsində formalaşmış ictimai rəyin əsassız olduğunu sübuta yetirmək üçün ötən ildən etibarən Mərkəzdə ənənəvi Folklor Festivalı keçirilməyə başlanılmışdır. Payız ayına təsadüf etdiyi üçün festivala "Lənkəran payızı" adı verilmişdir. Bu il "Lənkəran payızı" 2-ci Folklor Festivalı klublarda folklor və sənətkarlıq işinin daha da yaxşılaşdırılması, qeyri-maddi mədəni irsin qorunub saxlanılması, onun daha da inkişaf etdirilməsi, xalq sənətkarlığı nümunələrinə marağın daha da artırılması və şifahi xalq yaradıcılığının gənc nəslə tanıdılması məqsədilə keçirilir. Bu festival eyni zamanda əhalinlin asudə vaxtının səmərəli təşkil edilməsinə xidmət göstərir. Festival 2 mərhələdə və "Xalq nəğmələri", "Xalq rəqsləri", "Xalq oyunları" və "Xalq çalğı alətləri" nominasiyaları üzrə keçirildi. Birinci mərhələ okytabrın 20-ə kimi klub müəssisələrində baş tutdu. Bu mərhələnin 4 nominasiya üzrə qalibləri ikinci mərhələyə vəsiqə qazandılar. 2-ci mərhələyə 63 klub müəssisəsindən 223 nomrə təqdim olunmuşdu. Oktyabrın 26-da Mədəniyyət Mərkəzində bu nömrələrə baxış keçirildi və yekun mərhələyə 45 nömrə buraxıldı. Yekun mərhələ oktyabrın 28-də Q.Vəliyev adına şəhər Mədəniyyət Mərkəzində baş tutdu.
Folklor Festivalının yekun mərhələsində Mədəniyyət Mərkəzi ilə yanaşı Ləj, Zövlə, Boladi-1, Liman, Mamusta, Ürgə, Şağlaser, Stamurdov, Şağlaküçə, Bəlləbur, Cil, İsti-su, Sinovli, Şağlaser, Xanbulan, Tütəpeştə, Kənarmeşə, Moloja, Haftoni, Vel, Havzava, Tatova, Lüvəsər, Alazəpin, Bala Şürük, Zövlə, Osaküçə, Şıxəkəran, Bəliton, Separadi, Viyən, Göyşaban, Parakənd, Türkəncil, Rvo, Hirkan, Girdəni, Təngivan, Kərgəlan, Balıqçılar kənd, Veteranlar, 3 saylı Folklor, 3,6,7 sayli Sənətkarlıq, H.Rzayeva adına, Türk liseyi və Tibb məktəbi şəhər kllubları iştirak etdi.
Əvəlki festivalda olduğu 2- ci folklor festivalında da Bürcəli, Darquba, Vilvan, Tüədo, Şilavar, Xarxatan, Jidi, Səpnəkəran, Xolmili, Digah, Ş.Qurbanov ad.klub və Uşaq evi şəhər klubları iştirak etmək iqtidarında olmadılar.
Folklor Festivalının 1-ci diplomuna və laureat diblomuna layiq görülən klub təmsilçiləri Mədəniyyət Mərkəzində yaradılmış xüsusi Münsiflər Heyətinin qərarı ilə müəyyən edildi. Lənkəran şəhər Bələdiyyəsi həmin klub müəssisələrini və fərqlənən iştirakçıları qiymətli hədiyyələrlə mükafatlandırdı.
"Lənkəran payızı" 2-ci Folklor Festivalı dörd saat davam etdi, çıxışlar qonaqların və digər tamaşaçıların sürəkli alqışlarını qazandı.
"OLAYLAR"ın Cənub bürosu