Silvestr Stallonenin bilinməyən istedadı VIDEO
Hollivud ulduzu Rusiyada rəsm əsərlərini sərgiyə çıxarıb
28 Oktyabr 2013 18:30 Mədəniyyət"Rembo" və "Rokki" kimi film qəhrəmanlarını canlandırmaqla dünya şöhrəti qazanan italyan mənşəli Hollivud ulduzu Silvestr Stallone Rusiyadakı sənətsevərlər qarşısına aktyor kimi deyil, rəssam kimi çıxıb. Belə ki, məşhur aktyor Rusiyanın Sankt-Peterburq şəhərindəki muzeydə öz rəsm əsərlərinin sərgisini açıb.
"Euronews" telekanalının məlumatına görə, ekspozisiya Silvestr Stallonenin və daha bir neçə müasir rəssamın 36 əsərindən formalaşıb. Aktyor özü artıq 40 ildən çoxdur ki, rəsmlə məşğul olur. O, bu sahədə təhsil də alıb, amma əvvəllər heç vaxt bu istedadını ictimaiyyət qarşısında nümayiş etdirməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31