Mədəniyyət və Turizm Nazirliyi ilə YUNESKO üzrə Milli Komissiyanın birgə seminarı keçiriləcək
28 Oktyabr 2013 16:26 MədəniyyətYUNESKO-nun Dünya İrs Mərkəzi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO üzrə Milli Komissiyanın təşkilatçılığı ilə cari ilin 29-31 oktyabr tarixində Bakı şəhərində Dünya İrs Mərkəzinin Periodik Hesabatlar üzrə Mərkəzinin, Cənubi və Şərqi Avropa ölkələri (Albaniya, Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Makedoniya, Rusiya Federasiyası, Gürcüstan, Macarıstan, Monteneqro, Polşa, Moldova, Çexiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya və Ukrayna) əlaqələndirici şəxslərinin və Azərbaycan üzrə YUNESKO-nun Dünya İrs Siyahısında olan ərazilərin rəhbərlərinin treninq-seminarı keçiriləcək.
Tədbirin açılış mərasimi oktyabrın 29-da saat 9:00-da "Park İnn" otelinin "Nəsimi" zalında keçiriləcək.
Treninq-seminarın keçirilməsində əsas məqsəd ərazisində dünya irsi abidəsi olan Mərkəzi, Cənubi və Şərqi Avropa ölkələri üzrə dövrü hesabatın hazırlanması, o cümlədən, Mərkəz tərəfindən təqdim edilmiş Sorğunun mərkəzin rəsmi saytında onlayn rejimində cavablandırılması metodunun öyrənilməsidir.
Təbdir çərçivəsində qonaqların YUNESKO-nun Dünya İrs Siyahısına daxil olunmuş abidələrə - "İçərişəhər" Dövlət Tarix-Memarlıq və Qobustan Milli tarix-bədii qoruqlarına səfərləri təşkil olunacaq. "OLAYLAR" İA.