Rihannanın sevgilisi Kris Braun saxlanılıb
Rep ifaçısının səbəb olduğu dava nəticəsində bir oğlanın yaralandığı və xəstəxanaya çatdırıldığı bildirilib
28 Oktyabr 2013 18:47 MədəniyyətAmerikalı müğənni Kris Braun bir vaxtlar sevgilisi olan dünyaca məşhur müğənni Rihannanı döyərək tanınmaz hala saldığına görə tutulmuşdu. Braun bu dəfə Vaşinqtonda davadan sonra polis əməkdaşları tərəfindən saxlanılıb. ANS PRESS-in məlumatına görə, Kolumbiya polisi 24 yaşlı Braunu Ağ Ev yaxınlığında yerləşən "W" oteldə dava saldığına görə saxlayıb. Rep ifaçısının bir neçə şəxsə hücüm etdiyi bildirilib. Kris səhərə qədər polislərin nəzarəti altında qalıb və ifadəsi alınıb. Dava nəticəsində bir oğlanın yaralandığı və xəstəxanaya çatdırıldığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31