Meyxanaçı: “Nadirlə Ayan məni təhqir etdi” VIDEO

Samir Vida : "Bu mahnını təxminən bir il bundan öncə yazmışam. Musiqisi, sözləri, ifası, müəlliflik hüququ da mənə aiddi. Nadirlə Ayan müəlliflik hüquqları mənə aid mahnını heç bir icazə olmadan ifa ediblər. Bununla əlaqədar olaraq onlara zəng edib, icazəsiz niyə ifa etmələrinin səbəbini öyrəndikdə Nadirlə Ayan məni təhqir etdi. Radioda canlı yayıma dəvət olunan Nadir mənimlə bağlantı yaratmaqdan imtina edərək "kakoyta bir meyxanaçı ilə əlaqə saxlamaq istəmirəm" dedi. Başım çıxmır, "kakoyta" bir meyxanaçının mahnısını ifa edib sənətlərində bir az da irəliləyiş əldə edirlər, amma mənlə danışmaq istəmirlər". Meyxanaçı geri çəkilməyəcəyini, buna görə tərəfləri məhkəməyə verəcəyini də deyib: "Mənə deyirlər ki, hara istəyirsən müraciət et. Onları məhkəməyə verəcəyəm. Heç olmasa ifa etdikləri üçün 5 min azn dəyərində təzminat ödəmələrini tələb etdikdə duet ortaqları heç kəsə verəcək bir şeylərinin olmadığını, kimdənsə qorxmadıqlarını söylədilər. Nəyə görə mənim təzminatım ödənməməlidi? Mahnının bütün əziyyətini mən çəkmişəm. Aranjımanını, səs yazmasını etmişəm. Amma bunlar...gedib toylarda ifa edib həmin mahnının sayəsində pul da qazanırlar". Yaranan qalmaqalla bağlı Ayanın da münasibətini öyrəndik. Müğənni sadəcə ifaçının adını çəkdikdə "Çürütdüləree bu məsələni. Mənim üçün maraqlı deyil. Məhkəməyə müraciət etmək istəyir, getsin müraciət etsin. Vəssalam. Bu haqda daha danışmaq istəmirəm" deyə münasibət bildirdi. Məsələ ilə bağlı Nadir Qafarzadə ilə əlaqə saxlamağa çalışsaq da müğənnin telefonuna zəng çatmadı. Buna görə Nadirin mətbuat katibi Yalçınla bağlantı yaratdıq: "Nadir Qafarzadə bu haqda danışmaq istəmir. Artıq söhbət bağlanıb. Mahnı Samir Vidaya aiddi. Amma tərəflərin icazəli ya icazəsiz oxuması haqda heç bir məlumatım yoxdu. Ola bilər ki, bu məsələni gündəmə gətirməklə həmin şəxs reklam qazanmaq istəyir. Buna görə, həm də ki Cavanşir Məmmədovla Nadir arasında problemlər yarandığı üçün hələlik ki, müğənni media ilə əlaqə saxlamaq istəmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31