Bu serialların bir bölümü 230 min dollara satılır
28 Oktyabr 2013 19:40 MədəniyyətTürkiyənin serial-film ixracından bu ilin sonuna qədər 150 milyon dollardan daha çox vəsait qazanacağı ehtimal edilir. Publika.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin serial film sektorunda ən böyük ixracat həyata keçirən Yaponiyanın "Calinos Holdinqi"nin rəsmisi məlumat verib. Məlumatda bildirilir ki, hətta Suriya və Misirdə baş verən hadisələr də serial ixracına maneə olmayıb. Bəzi ərəb ölkələrində serial yayımı dayandırılsa da tamaşaçı itkisinə səbəb olmayıb. Hazırda türk serialları dünyanın 50-dən çox ölkəsində yayımlanır. Ən çox izlənilən seriallar isə "Möhtəşəm yüzyıl", "Fatmagülün suçu ne", "Adını Feriha Koydum" və "Aşk-ı Məmnu" dur.
Ötən il yayıma başlayan seriallardan isə "Karadayı", "Huzur Sokağı", "Benim için üzülme", "İntikam", "20 Dakika" olub. Yeni yayıma başlayan "Med Cezir", Fatih", "Çalıkuşu" da ixrac ediləcək.
Türkiyə əvvəl bir serial-filmin hər bölümü üçün 30-50 dollar tələb edirdisə, hazırda bu rəqəm 500 dollardan 200 min dollara qədər dəyişir.
"İntikam"serialının alt paylama haqlarının 230 min dollara qədər yüksəldiyi barədə xəbərlər yayılıb. Bu il isə bu rəqəmin aşağı düşəcəyi bildirilir.
Hazırda türk serialları Əfqanıstan , Almaniya, Albaniya, Avstriya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri , Bahreyn , Bosniya və Herseqovina , Çex Respublikası , Çin , İndoneziya , Estoniya , Morokko , Gürcüstan , Xorvatiya , İraq , İran , İsveç , İsveçrə, Yaponiya, Çernoqoriya, Qatar, Qazaxıstan, Cənubi Koreya , Kosovo , Küveyt , Latviya, Liviya , Litva, Livan, Macarıstan, Makedoniya, Malayziya, Misir, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya , Slovakiya , Sloveniya , Suriya , Tayland , Tayland , Tayvan , Tunis , Ukrayna , Oman , İordaniya , Vyetnam, Yəmən, Yunanıstan kimi ölkələrdə yayımlanır.