Beren Saat yayılan söz-söhbətlərə son qoydu
28 Oktyabr 2013 14:20 MədəniyyətRol aldığı "Benim Dünyam" filmi ilə çox müzakirə olunan aktrisa Beren Saat haqqında dolaşan söz-söhbətlərə son qoyub. Ela obrazını canlandıran aktrisa 56 yaşlı tərəfmüqabili Uğur Yücellə öpüşmə səhnəsi haqda dolaşan şayiələrə də münasibət bildirib. Beren "indiki dövrdə aktrisanın tərəfmüqabili ilə öpüşmə səhnəsinin bu dərəcədə müzakirə olunması çox qəribədi" deyə bildirib. Filmin çəkilişlərindən razı qaldığını deyən aktrisa Kənan Doğulunun öpüşmə səhnələrinə münasibətini bildirərkən sevgilisinin bu cür səhnələrə görə onu qısqanmadığını söyləyib. O, Kənanın çəkiliş meydançasını tərk etməsi haqda yayılan xəbərlərin də yalan olduğunu deyib. "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31