Rəqqasə Fatimə tərəfmüqabillərinə söz atdı
28 Oktyabr 2013 14:05 Mədəniyyət"Azərbaycanda bir çox ilklərə imza atmışam. İndi gerçəkləşdirdiyim layihədə də birinci olacağam". Bu sözləri OLAYLAR.az-a biznes ledi kimi tanınan rəqqasə Fatimə gerçəkləşdirəcəyi layihəsindən söz açarkən deyib: "Yeni bir proyekt üzərində işləyirəm. Demək olar ki, bütün vaxtımı bu layihəyə sərf edirəm. Hər zaman fərqli və orijinal işlərlə seçilməyə çalışmışam. Təqdim edəcəyim proyektdən hələ çox danışacaqlar. Üzərində işlədiyim proyektə təxminən bir il bundan öncə start verdim. Artıq yekunlaşmaq üzrədi. İnanılmaz bir layihə olduğunu deyə bilərəm. Bu proyektdə tamaşaçılar Fatiməni bir başqa ampluada görəcəklər. Bəzi həmkarlarıma demək istəyirəm ki, əvvəllər olduğu kimi mənim etdiyim işləri öz adlarına çıxa bilməyəcəklər. Çünki öncədən hər şey ölçülüb-biçilib". "OLAYLAR" İA.