Kıvanç Tatlıtuğ ad gününə 10 min avro xərclədi
"30 yaşımı dostlarımla birgə qeyd etdim"
28 Oktyabr 2013 19:13 MədəniyyətTürkiyəli sevilən aktyor Kıvanç Tatlıtuğ 30 yaşını yaxınları ilə birlikdə yaxtada qeyd edib. Türkiyə mətbuatının verdiyi məlumata görə, gecəyə aktyorun ailəsi və yaxın dostlarından və sənət aləmindən olan bir çox məşhur cütlüklər, həmçinin Tatlıtuğun son zamanlar gündəmdən düşməyən fransız sevgilisi Florans Eujenya da qatılıb. Kıvançın ad günü dəvəti üçün 10 min avro məbləğində pul xərclədiyi deyilir. ans
Yaraşıqlı ulduz gecənin sonunda müxbirlərin suallarını cavablandıraraq gözəl bir gün keçirdiyini deyib: "30 yaşımı dostlarımla birgə qeyd etdim. Hədiyyələrə hələ baxa bilməmişəm. Çox gözəl bir gecə idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31