Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıya gəlir...
28 Oktyabr 2013 12:43 MədəniyyətMəlum olduğu kimi bu il oktyabr ayının 1-dən - 3-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Həştərxan şəhərində qastrol səfərində olmuş və Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində 3 gün uğurla çıxış etmişdir. Iki ölkə teatr rəhbərləri arasında bağlanmış "Qarşılıqlı qastrol səfərləri haqqında"kı müqaviləyə əsasən növbəti dəfə Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycana gələrək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaqdır. Səfər bu ilin noyabr ayının 21-dən - 24-dək nəzərdə tutulmuşdur. Qastrol ərəfəsində qonaqlar məktəblilər üçün nobar ayının 22-də saat 15.00-da, 23 və 24 noyabr tarixlərində isə saat 12.00, 14.00 və 16.00da M.Suponinin "Koza Dereza" tamaşasını nümayiş etdirəcəkdir. Tamaşanın rejissoru Rusiya Federasiyasının Əməkdar Artisti S.Taraskin, teatrın bədii rəhbəri RF-nin Xalq Artisti Y.Koçetkovdur.