İradə İbrahimova toya hazırlaşır

Məhşur müğənni İradə İbrahimova qızı İpəklə  bacısı Nigar İbrahimovanın toy mərasiminə gəlib. Sənətçi toy hazırlıqlarında iştirak edir. Qızının bir illik fasilədən sonra buranın mühitinə alışmağa çalışdığını deyən İradə xanım İpəyin gələn ay 3 yaşını tamamlayacağını deyib. Bu müddətdə qızının tərbiyəsi ilə məşğul olan İ.İbrahimova yeni mahnmılarını Türkiyədə səsyazma studiyasında ərsəyə gətirib.

Bacısının toy mərasiminə gəldiyi üçün, hələlik yaradıcılıq barədə təqdimat keçirməyəcəyini deyən sənətçimiz bu vədinin yaxın aylara təsadüf edəcəyini bildirib. Qeyd edək ki, toy mərasimi oktyabrın 31-də baş tutacaq.

İradə xanımı tamaşaçıları Ruhinin təşkilatçılığı ilə təqdim olunan "Özünə bax" layihəsində münsif kimi izləyə biləcək. Sənətçi Ruhi xanımın təklifini qəbul edib, layihədə iştirakına razılıq verib. "OLAYLAR" İA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31