Sənət nümayəndələri təhsil alacaq

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, "ADDIM" Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə
olaraq "Modern Art Academy" adlı beynəlxalq layihə həyata keçiriləcək. Layihə çərçivəsində  müxtəlif sahələr - fotoqrafiya sənəti, dj və oranjeman, model
işi, reklam və prodüser işi, event managment, vokal sənəti (estrada ifaçılığı) üzrə beş gün ərzində master-klasslar təşkil olunacaq. Master-klasslara dünyanın bir neçə
ölkəsindən qeyd olunan sahələr üzrə mütəxəssislər cəlb olunacaq və məhz onların iştirakı ilə xüsusi dərslər tədris olunacaq. Qeyd edək ki, xarici peşəkarlarla yanaşı yerli sənət xadimləri də layihədə təcrübələrini gənclərlə bölüşəcək. Layihədə iştirak üçün qeydiyyat davam edir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31