Lindsey Lohan yeni eşqə düşüb
27 yaşlı aktrisa 19 yaşlı model Laym Dinlə birlikdədir
25 Oktyabr 2013 19:45 MədəniyyətTanınmış aktrisa Lindsey Lohan yeni eşqə düşüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, gənc xanım 19 yaşlı model Laym Dinlə birlikdədir. Spirtli içkini həyatından çıxardığını deyən Lindsey artıq yeni bir səhifə açdığını bildirib. 27 yaşlı aktrisanı Nyu-Yorkda model kimi fəaliyyət göstərən Laymla bir yerdə görənlər onların çox romantik və səmimi olduqlarını deyir.
Qeyd edək ki, Lohanın bundan əvvəlki sevgilisinin 18 yaşı var idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31