Pol MakKartni ulduzları klipində bir araya yığdı

Sənətçinin "Queenie Eye" mahnısına çəkdirdiyi klipdə məşhurlar iştirak ediblər

"Beatles" qrupunun keçmiş üzvü Pol MakKartninin çoxdan maraqla gözlənilən klipi nəhayət işıq üzü gördü. Sənətçinin "Queenie Eye" adlanan mahnısı onun "New" adlı yeni albomuna daxildir. Həmin mahnının klipini gözlənilən edən isə çəkilişlərdə xeyli sayda ulduzun iştirak etməsi olub. Klipin "ulduz" heyətinə aktyorlar Conni Depp, Cud Lou, Şon Penn, Ceremi Ayrons, aktrisa Meril Strip, supermodel Keyt Moss, müğənni Qari Barlou, Pol Mak Kartninin qızı Stella MakKartni və daha bir neçə məşhur daxil edilib. Klipin ssenarisinə görə, Pol MakKartni fortepiano arxasında əyləşərək, ifa edir, ulduzlar isə onu əhatə edərək əylənirlər.
Klipi maraqlı edən məqamlardan biri də 90-cı illərin ən məşhur cütlüklərindən olan Keyt Moss və Conni Deppin ayrılıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına birlikdə çıxmasıdır. Moss və Depp ser Pol MakKartninin xətrinə bu addımı atıblar. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31