Cenifer Lopez bədən quruluşundan danışdı

"Mənim ölkəmdə belə bədən qeyri-adi hesab edilmir"

Dünyaca məşhur müğənni Cennifer Lopez "Cosmopolitan For Latinas" jurnalının bu sayında üz qabığını bəzəyib.  İki uşaq anası olan ifaçının gözəl ayaqları görənlərin xüsusilə diqqət çəkib. Müsahibə zamanı öz bədəni haqqında danışan Cennifer bunları qeyd edib:

"Hər şeydən əvvəl ailəm mənə xarici görünüşümü sevməyi öyrətdi. Mənim ölkəmdə belə bədən qeyri-adi hesab edilmir. Mən ilk dəfə səhnəyə çıxanda hər kəs imicimdə dəyişiklik etməyin vacib olduğunu söylədi. Mən isə o an özümə baxdım və düşündüm ki, heç bir problem yoxdur və əslində onların yanaşması yalnışdır. Əgər hər bir insan bunu özünə aşılamağı bacarsa, başqa insanlar da inanmağa başlayacaqlar". 
Cennifer Lopez istənilən işə ürəklə yanaşdığını və uğur qazanmaq üçün əlindən gələni etdiyini də söyləməyi unutmayıb. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31