“Toy gecəsi” yenə də birincidir! VIDEO
24 Oktyabr 2013 18:56 MədəniyyətHər bölümü yayımlandıqdan sonra böyük ajiotaja səbəb olan "Toy gecəsi" bədii televiziya serialının 3-cü bölümü dünən Azad Azərbaycan Televiziyasında nümayiş olunduqdan sonra bu seriala tamaşaçı marağının həddindən artıq çox olduğu bir daha bəlli olub. Belə ki, rəsmi reytinq göstəricilərinə görə "Toy gecəsi"nin 3-cü bölümü də əvvəlki iki seriyası kimi həftə boyu yayımlanan seriallardan ən çox izləyici sayına malik olub. Məlumatı dəqiqləşdirmək üçün "Toy gecəsi" bədii televiziya serialının produseri Sadiq Şahbazovla əlaqə saxladıq. S. Şahbazov bizə açıqlamasında faktı təsdiqləyərək bildirdi: "Bildiyiniz kimi film işi kollektiv əməyin bəhrəsidir. Əlbəttə, bu uğur yaradıcı heyyətimizi sevindirir, amma biz seriyadan-seriyaya ortaya daha mükəmməl və keyfiyyətli iş qoymağa çalışırıq. Məqsədimiz tamaşaçıların ümidini doğrultmaq, sona qədər birinci olmaqdır."
Nəzərinizə çatdıraq ki, "Toy gecəsi" bədii televiziya serialının 4-cü bölümünü 30 oktyabr saat 19.00-da ATV kanalında izləyə bilərsiniz.