Müğənni Elnurun 31 yaşı tamam oldu VIDEO
24 Oktyabr 2013 14:54 MədəniyyətBu gün müğənni Elnur Məmmədovun doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, o, 1982-ci ildə Bakı şəhərində anadan olub. Musiqi istedadı hələ "Bənövşə" uşaq xorunda çıxış etdiyi zamanlardan özünü biruzə verib. Bu günə qədər səkkiz albomu və 20-dən çox klipi işıq üzü görüb. Ailəlidir.
Sənətçini doğum günü münasibəti ilə sosial şəbəkədən kifayət qədər insanlar təbrik ediblər. Elnur ünvanına söylənilən təbrikləri cavabsız qoymayıb: "Əzizlərim, çox sağ olun. Sizlərə dərin minnətdarlığımı bildirirəm. Bizi tamaşaçıların sevgisi, alqışı yaşadır. Biz də əlimizdən gəldiyi qədər sizin sevginizi doğrultmağa çalışırıq".
Qeyd edək ki, bu gün Elnurun 31 yaşı tamam olur. İfaçının ad gününü qeyd edib-etməyəcəyi isə hələ ki, bəlli deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31