Hamiləlik "Hürrəm Sultan"a baha başa gəldi

"Möhtəşəm yüz il" teleserialında Hürrəm obrazının ilk ifaçısı olan Məryəm Üzərli pis xəbər alıb. Axşam.az xəbər verir ki, dünyanın ən məşhur mahnı müsabiqələrindən biri olan "X-Factor"un münsiflər heyətində yer almaqla bağlı təklifi qəbul edən aktrisanın qarşısını dünyaya gələcək körpəsi kəsib.
Belə ki, yarışmanın başlanması 2014-cü ilin ilk rübü üçün nəzərdə tutulsa da, bu tarix 2013-cü ilin dekabrı ilə əvəz olunub. Bu isə hamilə olan və yanvarda ana olacaq Məryəmin layihədən kənarda qalmasına səbəb olub.
Qeyd edək ki, müqaviləyə əsasən Məryəm Üzərli "X-Factor"un hər hissəsində 30 min avro qazanacaqdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31