Aktrisanın keçmiş həyat yoldaşı şok açıqlama verdi
24 Oktyabr 2013 13:05 MədəniyyətAncelina Colinin öncəki həyat yoldaşı Billi Bob aktrisa ilə münasibətlərindən danışıb. "Daily Mail" qəzetinə bu haqda açıqlama verən aktyor Ancelinanın çox qısqanc olduunu dilə gətirərək ayrılıqlarına səbəb kimi də məhz bu amili göstərib: " "Kəsişən yollar" filmində tərəf müqabilimlə filmin ssenarisinə uyğun seks yaşayırdıq. Bu zaman Ancelina mənə zəng edərək nə etdiyimi soruşdu. Tərəf müqabilimlə belə bir səhnənin çəkilişində olduğumu dedikdə isə o "heç ona toxundunmu?" deyə sual verdi. Ssenariyə uyğun olaraq ona toxunduğumu söylədikdə isə Ancelinanın səs tonu dəyişdi. Bundan sonra münasibətlərimiz gərginləşdi. Boşanmamıza səbəb də qısqanclıq və mənim özüməinamımım az olması idi". Qeyd edək ki, tanınmış cütlüklərin evliliyi üç il davam etmişdi. ("OLAYLAR" İA)