Əbülfəs Qarayev dünya şöhrətli fransız aktyoru Jerar Depardyeni qəbul edib
24 Oktyabr 2013 12:54 MədəniyyətMədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünya şöhrətli fransız aktyoru Jerar Depardye ilə görüşüb.
Ə.Qarayev qonağı salamlayaraq, onu növbəti dəfə Bakıda görməkdən məmnun olduğunu bildirmiş, mədəniyyətimizin son illərdəki inkişafından, bu sahədə görülən işlərdən söhbət açıb. Səmimi şəraitdə keçən görüşdə son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Fransa mədəni əlaqələri, məşhur aktyorla kino sahəsindəki əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə edilib. J.Depardye əvvəlki səfərlərində olduğu kimi bu dəfə də Bakının gündən-günə gözəlləşdiyinin şahidi olduğunu söyləmiş, ölkəmizin zəngin mədəniyyətinə heyranlığını ifadə edib.
Sonda qonaq səmimi qəbula görə Ə.Qarayevə minnətdarlığını bildirib. ( "OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31