Hülya: “Qızım içki içib, siqaret çəkib öpüşə də bilər”
23 Oktyabr 2013 16:46 MədəniyyətMüğənni Hülya Avşar qızı haqda verilən sualları cavablandırarkən belə deyib. O, 15 yaşlı qızı Zəhranın davranışını nəzarətə almadığını söyləyib: "O yaşda hər birimiz elə olmuşuq. Hamımız valideynlərimizdən xəbərsiz içki içib, siqaret çəkib öpüşmüşük. Burda qəribə nə var ki? Davranışlarına nəzarəti, seçim hüququnu Zəhranın öz öhdəsinə buraxıram. İsətəsə, qızım içki içib, siqaret çəkib öpüşə də bilər" deyə bildirən müğənninin bu sözlərinə övladının atası Çilingiroğlu sərt münasibət bildirib: "Zəhra heç vaxt belə hərəkət etməz. Buna inanıram. Amma bir valideynin bu cür açıqlama verməsini anlaya bilmirəm. Amerikada övladına qarşı bu qədər sayqısız davranan valideynin hüquqları əlindən alınır. 15 yaşlı bir qız üçün içki içib, siqaret çəkib öpüşmək nə dərəcədə düzgün ola bilər?"