Köhnə sevgilisi Özcanı görmək istəmədi

Türkiyədə və Azərbaycanda izləyicilərin böyük marağına səbəb olan "Evim sənsən" filmi Almaniyada keçirilən 22-ci Manhaym türk filmləri festivalında nümayiş etdirilib.
Axşam.az xəbər verir ki, kinonun baş qəhrəmanları Özcan Dəniz və Fahriye Evcen də tədbirə dəvət olunub.
Özcan dəvəti qəbul edərək festival qatılmaq üçün Türkiyədən Almaniyaya gedib. Lakin həmin vaxt Almaniyanın Düsseldorf şəhərində olan Fahriye Evcen tədbirdə iştirak etməyib. Səbəb isə cütlüyün əvvəllər sevgili olmasıdır. Film lentə alınan dövrdə Özcan və Fahriyenin münasibətdə olması çoxlarına məlumdur. Gənc aktrisa keçmiş sevgilisi ilə üz-üzə gəlmək istəməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31