Acundan Cem Yılmaza fantastik təklif

Türkiyəli teleaparıcı Acun Ilıcalı tanınmış şoumen Cem Yılmazı "Yetenek Sizsiniz" yarışmasında münsif kimi görmək istəyib. Axşam.az xəbər verir ki, aparıcı bunun üçün Cemə 5 milyon lirə (2 mln AZN) təklif edib. 
Lakin yumorist rekord məbləğdə olan təklifi qəbul etməyib. Acunun "O Səs Türkiyə" mahnı müsabiqəsində jüri olan Ebru Gündəşə həftədə 120 min lirə (48 min AZN) verdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31