Evlilik xəyalları suya düşdü: Böyük sevgiyə göz dəydi!

Təxminən 3 ildir birlikdə olan və hər kəsin həsəd apardığı Engin Altan Düzyatan və Özge Özpirinçci cütlüyü sürpriz qərarla yollarını ayırıb. Avqust ayında təşkil edilən narkotik əməliyyatında nəzarətə aparılıb sərbəst buraxılandan sonra bir daha yan-yana görünməyən Engin Altan Düzyatan-Özge Özpirinçci cütlüyünün məhəbbəti bitib.  Publika.Az xəbər verir ki, Düzyatan açıqlama verərək ayrıldıqlarını deyib: "İkimizə də xeyirli olsun. Aprel ayında nişanlandığım Özge Özpirinçci ilə qarşılıqlı hörmət çərçivəsində ayrıldıq". Digər tərəfdən isə cütlüyün İnstagramda bir-birlərini artıq izləmədiyi və Tvitterdəki şəkillərini sildikləri də məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31